RU

Özəl reabilitasiya mərkəzlərinə qarşı yeni tələblər qoyula bilər

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ölkədə reabilitasiya xidmətləri göstərən özəl mərkəzlərin xüsusi razılıq əsasında fəaliyyət göstərməsi və bu fəaliyyətə müntəzəm nəzarətin təmin edilməsi təklif olunur.

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi"ndə yer alıb.

Bundan başqa, sosial şəbəkələr üzrə aparılan monitorinqlərin nəticələrindən irəli gələrək, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması təkliflər sırasında yer alıb.

Məlik Məlikov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
oxu.az

1Источники