Ələtdə kişi hündürlükdən yıxılaraq ölüb.BUTA.TV xəbər verir ki, Valid Şəmsəddin oğlu Səfərov Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində elektrik dayağına elektrik naqili quraşdıran zaman 15 m hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən V. Səfərov aldığı xəsarətlərdən orada ölüb.