RU

Minimum istehlak səbətinin tərkibinə yenidən baxılması təklif olunur

Minimum istehlak səbətinin tərkibinə və miqdarına yenidən baxılması və real ehtiyaclara uyğunlaşdırılması təklif olunur.
 
Moderator.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
 
Bildirilib ki, "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli, 118 saylı Qərarında internet xidmətlərindən istifadə haqqının mövcud internet tarifləri nəzərə alınmaqla (saatlıq tariflərin olmaması nəzərə alınmaqla) yenidən müəyyənləşdirilsin və həmin Qərara müvafiq dəyişikliklər edilsin.
 
Избранный
2
3
moderator.az

4Источники