RU

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ - CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən Bizim.Media-ya verilən məlumata görə, 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.


Bizim.Media

Избранный
11
8
bizim.media

10Источники