"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Belə ki, 21, 23, 25 və 28 mart tarixlərində sərnişinlər bu marşrut üzrə hər iki istiqamətə səfər edə biləcəklər.
Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.
ADY sərnişinlərə bayram hazırlığına indidən başlamağı tövsiyə edir. Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.