RU

Əlilliyin qiymətləndirilməsində güzəştlər təklif olundu

ain.az, Modern.az saytına istinadən bildirir.

Ombudsman əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsinə güzəştlər təklif edib.

Modern.az xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Ombudsman Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"da göndəriş verilməsi üçün aşağıdakı dəyişikliyi təklif edir:

Təklif olunur ki, şəxsin eyni xəstəliklə son 3 (üç) ay müddətində fasiləsiz və ya son 6 (altı) ay müddətində fasilələrlə ümumilikdə 3 (üç) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması halında göndəriş verilsin.

Qüvvədə olan qanunvericiliyə görə isə bu müddət müvafiq olaraq 6, 12 və 6 aydır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
modern.az

1Источники