2025-ci il təkcə Bakıxanov qəsəbəsində 400-ə yaxın vətəndaşı it dişləyib. Bunu deputat Arzuxan Əlizadə Milli Məclisinin İnsan hüquqları komitəsinin iclasında çıxış edərkən bildirib.
Arzuxan Əlizadə sahibsiz itlərlə bağlı vəziyyətin ciddi problemə çevrildiyini açıqlayıb.
Onun sözlərinə görə, sahibsiz itlər sakinlər arasında narahatlıq yaradır və problemin həlli üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.
Gülnar Nazimqızı