RU

Anna Akopyan evi tərk etdi, Paşinyan üzr istədi

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hökumətə məxsus iqamətgahı tərk etdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, “Facebook” sosial şəbəkəsində paylaşım edib. Akopyan bildirib ki, artıq hökumətə məxsus yaşayış yerindən köçərək kirayə mənzilə yerləşir.

“Barəmdə cinayət işi açılacağını istisna etmirəm. Həyatdır, bu da ola bilər. Yaşayarıq, görərik”, – deyə o paylaşdığı videoda qeyd edib.

Baş nazir Nikol Paşinyan da məsələ ilə bağlı öz feysbuk səhifəsində münasibət bildirib. O, həyat yoldaşının qərarına hörmətlə yanaşdığını vurğulayıb:

“Annanın qərarına hörmətlə yanaşıram. Son 30 ildə bütün çətin günlərimdə o, yanımda olub, mənim dayağım və arxam olub. Əmin deyiləm ki, mən onun üçün eyni ola bilmişəm. Bəlkə də daha çox inciklik yaşatmışam, buna görə üzr istəyirəm”, – deyə Paşinyan yazıb.


Telegram kanalımız
Избранный
13
yenisabah.az

1Источники