Bakı. Trend:
Məktəblərdə digər çalışma və köməkçi dərs vəsaitlərininşagirdlərə dövlət hesabına verilməsi təklif edilir.
Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, ölkəmizdə orta təhsilin icbari olduğunu və tədrisproqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçivəsaitlərdən komplekt şəkildə istifadə edilməsinin nəzərdətutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövləthesabına verilməsi təklif edilir.
Həmçinin, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərsvəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidaisiniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinəvə nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafınaneqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramınınoptimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinəinteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarındanİstifadə edilməsi, rəqəmsal resurslardan istifadəningenişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrindəmaddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlikistifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçündolabların quraşdırılması məqbul sayılır.