RU

Mehdi Azərbaycan klubunu İranda liderliyə yüksəltdi

"Traktor" İran çempionatının (Pro Liqa) növbəti turunda öz meydanında "Qol-Qohar"a qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Təbrizin "Yadiqar-e İmam" stadionunda keçirilən matçda yeganə qolu 43-cü dəqiqədə Mehdi Haşimnejad vurub.

Baş hakim əvvəlcə oyundan kənar vəziyyət əsasında qolu ləğv etsə də, VAR-ın müdaxiləsindən sonra qərar dəyişib və qol qeydə alınıb.

Bu qələbə Məhəmməd Rəbiinin rəhbərliyi altında "Traktor"un çempionatdakı ilk uğuru olub.

Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran Təbriz təmsilçisi müvəqqəti olaraq turnir cədvəlinin liderliyinə yüksəlib. "Qol-Qohar" isə 36 xalla 4-cü pillədə qalıb.

Избранный
22
sportinfo.az

1Источники