RU

Yeni quraşdırılan ağıllı işıqforlar ın üstünlüyü nədir? VİDEO

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın bəzi küçə və prospektlərində artıq "ağıllı işıqfor"lar quraşdırılıb.Süni intellekt əsasında işləyən bu sistem yol hərəkətinin intensivliyinə uyğun olaraq işıqforların işini avtomatik tənzimləyir.AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, pilot layihə çərçivəsində ümumilikdə 8 kəsişmədə adaptiv işıqfor sistemi quraşdırılıb.Bu işıqforlar digərlərindən fərqli olaraq, nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında hərəkət intensivliyini avtomatik tənzimləyir.

Adaptiv işıqforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha üstün hesab olunur. Belə ki, yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda yaşıl işığın müddəti artırılaraq sürücülərin vaxt itkisinin qarşısı alınır.Xarici təcrübə göstərir ki, adaptiv sistemlərin tətbiqi nəqliyyat sıxlığını 15-30 faizədək azalda bilir. Pilot layihənin nəticələrindən asılı olaraq, "ağıllı işıqfor"ların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
azxeber.com

2Источники