Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ-ın İrana potensial hücumunun Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmayacağına əmin olduğunu bildirib.
APA xəbər verir ki, vitse-prezident bu barədə 26 fevral tarixində “The Washington Post” qəzetinə müsahibəsi zamanı danışıb.
"Yaxın Şərqdə illərlə sonu görünməyən bir müharibə aparacağımız fikri – bunun baş vermə ehtimalı yoxdur", - o deyib.
Vansin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın nəzərdən keçirdiyi variantlar arasında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatlar və diplomatik həll variantları var.
"Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük verərdik", - deyən Vens bildirib ki, Vaşinqton administrasiyası İranın nüvə proqramına diplomatik həll yolu tapmağa üstünlük verəcək.
Amma bütün bunlara baxmayaraq o, hər şeyin İran hakimiyyətinin nə edəcəyindən və nə deyəcəyindən asılı olduğunu bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.