RU

Britaniyada Epşteynin təyyarəsi Hərbi Hava Qüvvələri bazalarından istifadəsi edib - Araşdırma aparılır

BAKI, 27 fevral. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Hili kral III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzorun amerikalı maliyyəçi Ceffri Epşteynlə görüşlər üçün Kral Hərbi Hava Qüvvələrinin bazalarından istifadə etməsi barədə iddialarla bağlı daxili araşdırma aparılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Hili əməkdaşlarına son 20 il ərzində Epşteynə məxsus təyyarənin Böyük Britaniyada olub-olmaması ilə bağlı bütün qeydlərin tapılması üçün “bütün səylərin göstərilməsi” tapşırığını verib. Müdafiə Nazirliyindəki mənbə bildirib ki, qurum qalmaqala aydınlıq gətirə biləcək istənilən məlumatı əldə etmək üçün yorulmadan çalışacaq.

Ötən həftə Böyük Britaniyanın keçmiş baş naziri (2007–2010) Qordon Braun da məsələ ilə bağlı polisə müraciət edib. O, İngiltərənin müxtəlif regionlarında fəaliyyət göstərən altı polis xidmətinə Endryu Mauntbetten-Vindzorun Epşteynlə əlaqələrinə dair “yeni və əlavə məlumatlar” təqdim edib.

Qəzetin məlumatına əsasən, Braun ehtimal edir ki, Mauntbetten-Vindzor Böyük Britaniyanın ticarət üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətinə aid olmayan şəxsi görüşlər, o cümlədən Epşteynlə görüşlər üçün Kral Hərbi Hava Qüvvələrinin çarter reyslərindən istifadə edə bilərdi.

Bildirilib ki, Braun həmçinin Böyük Britaniyanın Müdafiə, Xarici İşlər, Nəqliyyat və Maliyyə nazirliklərinin əməkdaşlarının Epşteynlə mümkün əlaqələrinin araşdırılması üçün dindirilməsində israr edir.

Избранный
40
24
teleqraf.com

10Источники