RU

Çirkli ayaqları gündəm oldu “Selena, ayıl, o iyrəncdir” Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tanınmış musiqiçi və prodüser, dünyaşöhrətli müğənni Selena Qomezin həyat yoldaşı Benni Blanko yeni podkastı “Dostlar Sirləri Saxlayır”ın (“Friends Keep Secrets”) premyerasında gözlənilməz davranışları ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, podkast zamanı Blankonun çirkli ayaqlarını göstərməsi sosial mediada müzakirələrə səbəb olub.

37 yaşlı prodüser podkastda rahat, bəzən isə sərbəst davranışı ilə fanatlarını təəccübləndirib. Sosial mediada paylaşılan video qısa zamanda viral olub və tənqid edilib.

İzləyicilər videoya “Bu, iyrəncdir, Selenanın buna necə dözdüyünü bilmirəm”, “Dünyadakı bütün kişilər arasından niyə məhz onunla evlənib?”, “O tamamilə iyrəncdir. Selena, həqiqətən, nə edir?”, “Bacı, ayıl, o, iyrəncdir”  kimi şərhlər yazıb və Selena Qomezi ondan boşanmağa çağırıblar

Məlumata görə, Blankonun podkastdakı sərbəst davranışı onun brendinin bir hissəsi hesab olunur. O, sosial mediada və podkastlarda sərbəst, “filtrsiz” davranışını nümayiş etdirərək, fanatlarla daha səmimi əlaqə qurur. Bu davranış həm tənqidlərə, həm də marağa səbəb olub.

Qeyd edək ki, Benni Blanko və Selena Qomez uzunmüddətli dostluqdan sonra 2023-cü ildə sevgili olublar. Cütlük 2025-ci ildə Kaliforniyada keçirilən xüsusi mərasimlə evlənib. Selena Benninin qeyri-ənənəvi davranışlarını müdafiə edərək, onu “ürəyindəki hər şey” adlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
qafqazinfo.az

1Источники