RU

Maduro ABŞ məhkəməsinin ləğv edilməsini tələb edib

Venesuela prezidenti Nikolas Maduro ABŞ-dakı məhkəməsinin prosedur pozuntularına görə ləğv edilməsini tələb edib.

APA xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsinin məlumat bazasında dərc olunmuş bildirişdə deyilir.

Vəsatətdə Maduronun vəkili prosedur qaydaları və ədalətli məhkəmə hüququnu təmin edən ABŞ Konstitusiyasının Altıncı Düzəlişinə aid pozuntulara istinad edib.

Qeyd olunur ki, Venesuela hakimiyyəti həmçinin Maduronun vəkilinə pul ödəməsinə mane olur.

"Əgər məhkəmə bu vəsatət bildirişini rədd edərsə, vəkil müştərisini təmsil etməkdən imtina etmək niyyətindədir", - sənəddə deyilir.

Избранный
49
2
apa.az

3Источники