RU

Konfrans Liqası: "Samsunspor" davam edir

style='margin-bottom:10px;'>

Bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

QOL.az xəbər verir ki, matçların hamısı eyni günə nəzərdə tutulub. Bununla da pley-offdan 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Türkiyə "Samsunspor"u evdə Şimali Makedoniya "Şkendiya"sını darmadağın edib və adını 1/8 finalçılar siyahısına yazdırıb. "Fiorentina" "Yagelloniya"ya yenilsə də, ilk matçın nəticəsinə görə sevinən tərəf olub.

İlk matçların və cavab oyunlarının ümumi nəticəsinə əsasən, "Samsunspor", "Fiorentina", "Selye", "Riyeka", "Lex", "AZ Alkmaar", "Kristal Pelas", və "Siqma" növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, daha əvvəl "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Maynts 05" (Almaniya), AEK (Larnaka, Kipr), "Strasburq" (Fransa) və "Rakuv" (Polşa) Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Pley-offdan 1/8 finala adlayanlar bu mərhələyə birbaşa vəsiqə qazanmış komandalarla üz-üzə gələcəklər.

UEFA Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunları

26 fevral

21:45. "Fiorentina" (İtaliya) – "Yagelloniya" (Polşa) - 2:4

Qollar: Faqioli, 107, Romançuk, 114-avtoqol - Mazurak, 23, 45+3, 49

Qırmızı vərəqə: Vital, 120 ("Yagelloniya")

İlk oyun – 3:0

21:45. "Samsunspor" (Türkiyə) – "Şkendiya" (Şimali Makedoniya) - 4:0

Qollar: Ntçam, 53-pen; Ndiaye, 71, Mundilmadji, 79, 90+2

İlk oyun – 1:0

21:45. "Selye" (Sloveniya) – "Drita" (Kosovo) - 3:2

Qollar: Seslar, 19, 43-pen; Hrka, 23 - Krasniqi, 26, Dabiqaj, 51

ilk oyun – 3:2

21:45. "Riyeka" (Xorvatiya) – "Omoniya" (Kipr) - 3:1

Qollar: Fruk, 52, 67, Adu-Adyei, 79 - Tankoviç, 13

İlk oyun – 1:0

00:00. "Lex" (Polşa) – "KuPS" (Finlandiya) - 1:0

Qol: Rodriqez, 65

İlk oyun – 2:0

00:00. "AZ Alkmaar" (Niderland) – "Noa" (Ermənistan) - 4:0

Qollar: Daal, 5, Miynans, 39, 54, Jensen, 90+1

İlk oyun – 0:1

00:00. "Kristal Pelas" (İngiltərə) – "Zrinski" (Bosniya və Herseqovina) - 2:0

Qollar: Lakrox, 36, Qessand, 90+3

İlk oyun – 1:1

00:00. "Lozanna" (İsveçrə) – "Siqma" (Çexiya) - 1:2

Qollar: Yanneh, 35 - Sip, 22, Rusek, 44

İlk oyun – 1:1

Избранный
6
2
teleqraf.com

3Источники