RU

Smolenskdə qaçırılan 9 yaşlı qızın xilas edilmə anının görüntüləri YAYILDI – VİDEO

Smolenskdə 9 yaşlı qızın xilas edilmə anının görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Smolensk şəhərində 9 yaşlı azyaşlı qızın xilas edilməsi əməliyyatının görüntüləri ictimaiyyətə təqdim olunub.

Videomaterialda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində uşağın tapılaraq təhlükəsiz şəkildə çıxarıldığı əks olunub.

Görüntülərdə həmçinin cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılma anı da yer alıb.

Şübhəli şəxs əlləri qandallı vəziyyətdə, üzüaşağı yerə uzadılaraq zərərsizləşdirilib.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir və uşağın vəziyyətinin stabil olduğu bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl 9 yaşlı qız iti ilə gəzintiyə çıxıb və Smolenskdə yoxa çıxıb. İtkin düşmüş qız naməlum istiqamətdə maşınla aparıldığı ehtimal olunurdu.

Polis, xilasedicilər və könüllülər qızı axtarırdılar. İstintaq Komitəsi cinayət işi açıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
16
interpress.az

1Источники