RU

Şəhid qızına Sumqayıtda vəzifə verildi

Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

Publika.az “Unikal”a istinadla xəbər verir ki, bu vəzifəyə Mehdiyeva Zəminə Bəhmən qızı təyin edilib.

Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji fəaliyyətinə 2015-ci ildən başlayıb.

Qeyd edək ki, Zəminə Mehdiyevanın babası Qubadlı rayonu Novlu kənd sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlu 1989-cu ildə ermənilər tərəfindən əsir götürülərək 4 aydan sonra vəhşicəsinə qətlə yetirilib və Qubadlının ilk şəhidlərindən biri olub.

Избранный
18
13
publika.az

10Источники