RU

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçildi

“Atletiko”nun hücumçusu Aleksandr Sörlot Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, norveçli forvard pley-off mərhələsinin cavab oyununda “Brügge”yə 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edərək komandasının qələbəsində həlledici rol oynayıb.

Sörlot azarkeş səsverməsində Yens Petter Hauqe (“Bodo Qlimt”), Orelyen Tçuameni (“Real”) və Viktor Osimheni (“Qalatasaray”) geridə qoyub.

Избранный
15
idmanxeber.az

1Источники