RU

İran-ABŞ danışıqları başa çatdı

Cenevrədə Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının üçüncü raundu başlayıb.
ONN media xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın xarici işlər naziri Abbas Arakçı ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyindədir.
***
İran və ABŞ arasında Cenevrədə baş tutan danışıqlarda fasilə elan edilib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar axşam saatlarında davam etdiriləcək.
***
İran və ABŞ nümayəndə heyətləri İsveçrədə bugünkü danışıqların ikinci mərhələsinə başlayıblar.
Bu barədə "Alam" telekanalı məlumat yayıb.
"Cenevrədə İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların üçüncü raundunun ikinci mərhələsi başlayıb", - məlumatda bildirilib.
***
ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb.
Bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi X hesabında məlumat verib
Избранный
8
onn.az

1Источники