RU

Paşinyan Polşa prezidenti ilə regional məsələləri müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Prezidenti Karol Navrotski ilə görüşüb.

"Unikal" xəbər verir ki, Navrotski Ermənistanla Polşa arasında imzalanan hərbi-texniki müqavilənin əhəmiyyətini vurğulayıb.

Karol Navrotski iki ölkənin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyinə əminliyini bildirib.

Paşinyan Ermənistanla Polşa arasında fəal əməkdaşlığın vacibliyini vurğulayıb. O, Polşanın Ermənistanla Aİ arasında əlaqələrin dərinləşdirilməsindəki rolunu vurğulayıb.

Onlar həmçinin digər regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Избранный
58
41
unikal.az

10Источники