RU

“Qarabağ”ın nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

“Qarabağ” klubunun İcraiyyə Şurasının üzvü Asif Əsgərov növbəti beynəlxalq tədbirdə çıxış edəcək.

Fanat.Az xəbər verir ki, o, Avropa Klublar Assosiasiyasının (EFC) təşkil etdiyi “Commercial, Innovation & Fans Club Connect” platformasında şərhçi qismində yer alacaq.

Tədbirdə futbol sənayesində kommersiya strategiyaları, rəqəmsal yeniliklər və azarkeş təcrübəsinin inkişafı mövzuları müzakirə olunacaq.

Əsgərovla yanaşı, Almaniyanın “Ştutqart” klubunun Rəqəmsal və İnnovasiya direktoru Kristian Ruf da şərhçilər arasında olacaq. Panel iştirakçıları klub idarəçiliyi, innovativ həllər və fan-engagement istiqamətində təcrübələrini bölüşəcəklər. Görüşün əsas məqsədi Avropa klubları arasında bilik və təcrübə mübadiləsini gücləndirməkdir.

Qeyd edək ki, tədbir futbol sənayesinin müxtəlif sahələrini təmsil edən rəhbər şəxsləri bir araya gətirəcək. Forum çərçivəsində yeni əməkdaşlıqların qurulması və innovativ yanaşmaların müzakirəsi də nəzərdə tutulur.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
fanat.az

2Источники