RU

Şirkət məhsulu inkişaf etmiş ölkədə sağlam, aşağı gəlirli ölkədə daha az sağlam versiyada satırsa, bu, “ikili standart” sayılır

ain.az, Bizimyol saytına istinadən bildirir.

Milyonlarla uşağın ölümü ilə bağlı ciddi ittihamlarla üzləşmiş və adı müxtəlif qalmaqallarda hallanan "Nestle" buna baxmayaraq fəaliyyətini davam etdirir və milyardlarla dollar gəlir əldə edir. 1960-cı illərdə şirkət Asiya və Afrika ölkələrində körpə qidasını təşviq etmək üçün geniş kampaniyalar aparıb, məhsul ana südünə alternativ kimi təqdim olunub. Tənqidçilər bildirirlər ki, təmiz su çatışmazlığı olan bölgələrdə formulun istifadəsi infeksiya və qidalanma problemlərinə səbəb olub və bu siyasətin yüz minlərlə körpənin ölümü ilə əlaqəli olduğu iddia edilir. Nəticədə 1970-ci illərdən beynəlxalq boykotlar başlayıb, 1981-ci ildə isə körpə qidalarının marketinqinə dair beynəlxalq kodeks qəbul olunub.

Son illərdə şirkətə qarşı “ikili standart” iddiaları da səsləndirilir. Bəzi araşdırmalara görə, Asiya və Afrikada satılan bəzi körpə məhsullarında şəkər miqdarı daha yüksəkdir. Şirkət isə məhsullarının yerli qanunvericiliyə uyğun istehsal edildiyini bildirir. "Nestle", həmçinin İsrailin qida istehsalçısı Osem şirkətində pay sahibidir.

Eyni brendin fərqli ölkələrdə fərqli tərkibli məhsullar satması qida təhlükəsizliyi və etik baxımdan necə qiymətləndirilməlidir?

Qida eksperti Fərid Səfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, eyni brendin fərqli ölkələrdə fərqli tərkibli məhsullar satması məsələsi qida təhlükəsizliyi və etik baxımdan çox həssas mövzudur:

1. Qida təhlükəsizliyi baxımından

Qida təhlükəsizliyi ilk növbədə məhsulun mikrobioloji, kimyəvi, fiziki risk daşımaması, yerli normativ sənədlərə uyğun olması ilə ölçülür. Əgər məhsul satıldığı ölkənin qanunvericiliyinə uyğundursa, rəsmi olaraq “təhlükəsiz” hesab olunur.

Eyni məhsul niyə bir ölkədə daha az şəkərli, digər ölkədə isə daha yüksək şəkərlidir?

Əgər daha zəif tənzimləmə olan ölkələrdə daha yüksək şəkər, daha az qida keyfiyyəti, daha aşağı xammal standartı tətbiq olunursa bu artıq hüquqi çərçivədən çıxaraq ictimai sağlamlıq riski və etik problem yaradır. Xüsusilə körpə qidalarında şəkərin artırılması:

- erkən yaşda şirin dad asılılığı,

- piylənmə riski,

- diş problemləri,

- metabolik xəstəliklər kimi uzunmüddətli təsirlər doğura bilər.

2. Etik baxımdan

Əgər bir şirkət inkişaf etmiş ölkələrdə daha sağlam formul tətbiq edir, lakin aşağı gəlirli ölkələrdə daha az sağlam versiya satırsa, bu “ikili standart” kimi qiymətləndirilə bilər.

3. Peşəkar qiymətləndirmə

- Əgər məhsul qanuni və mikrobioloji baxımdan təhlükəsizdirsə hüquqi problem olmaya bilər.

- Əgər məhsulun tərkibi sağlamlıq riskini artırırsa, bu ictimai sağlamlıq problemidir.

- Əgər zəif tənzimlənən bazarlarda daha aşağı keyfiyyət tətbiq olunursa, bu etik problem kimi qiymətləndirilə bilər”.

Sağlam qidalanaraq sağlam yaşayın!

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
bizimyol.info

1Источники