RU

Premyer Liqa klubunun vəziyyəti daha da ağırlaşdı

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Premyer Liqa klubunun vəziyyəti daha da ağırlaşdı

UEFA ötən mövsüm üçün klubların maliyyə hesabatını dərc edib.

QOL.az xəbər verir ki, bu hesabatda "Aston Villa" ciddi itkiləri ilə diqqət çəkib.

Məlumata görə, klub 2024/25 mövsümünü vergilərdən əvvəl 82 milyon funt sterlinq zərərlə başa vurub. Bununla da komanda ardıcıl üçüncü ildir maliyyə itkisi açıqlayır. Belə ki, 2022/23 mövsümündə zərər 120,3 milyon funt, 2023/24 mövsümündə isə 85,9 milyon funt olub.

Ümumilikdə, son üç il ərzində "Aston Villa" təxminən 290 milyon funt sterlinq itirib ki, bu da komandanın büdcəsinə ağır zərbə vurur.

Lakin bu acınacaqlı maliyyə göstəricilərinə rəğmən, "Aston Villa" klub tarixinin ən yaxşı nəticələrindən birini göstərir. Hazırda Unai Emerinin yetirmələri Premyer Liqada 27 turdan sonra topladıqları 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
22
qol.az

10Источники