RU

Maddi mədəniyyət nümunələrinin tədqiqi və bərpası üçün laboratoriyaların təşkili məsələsi müzakirə edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 fevral, AZƏRTAC

Mədəniyyət naziri Adil Kərimli və AMEA prezidenti akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun Elmi fondunu ziyarət edib, 2025-ci ildə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri ilə tanış olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev sərgilənən yeni tapıntılar barədə məlumat verib. Fikir mübadiləsi çərçivəsində Azərbaycanın maddi mədəniyyət nümunələrinin saxlanılması üçün müasir tələblərə cavab verən daha münasib şəraitin, həmçinin tapıntıların ümumiləşdirilmiş reyestrinin yaradılması, tapıntıların rəqəmsal qeydiyyatının tərtibi, maddi mədəniyyət nümunələrinin kameral tədqiqi və bərpası üçün müvafiq laboratoryaların təşkili istiqamətində bundan sonra da Mədəniyyət Nazirliyi və Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlığın davam edəcəyi bildirilib.

Daha sonra qonaqlar Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin İçərişəhərdə yerləşmiş Muzey sərgi zalını ziyarət ediblər.

Fərhad Quliyev qonaqlara muzeydə Azərbaycan xalqının qədimliyini nümayiş etdirən ekspozisiyanın mahiyyəti barədə məlumat verib, sərgi konsepsiyasından danışıb və muzey arxeologiyası qarşısında duran vəzifə və problemlərdən söz açıb. Muzeyin müasir dünya tələblərinə cavab verən sistem üzrə qurulması üçün fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
2
azertag.az

3Источники