RU

“Azərbaycan və Türkiyə tranzit imkanlarını təmin etməklə region sabitliyinə töhfə verir” – Pərvanə Vəliyeva

"Xatırladım ki, ötən il Ermənistanın baş naziri Paşinyan ilk dəfə Türkiyəyə rəsmi səfər edib və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Bu, illər sonra tarixdə ilk dəfə baş verən səfər idi. İki ölkə arasında diplomatik münasibətlər 1990-cı illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə sıfıra enmişdi. Bu təmassızlıq 2021-ci ilədək davam etdi. Azərbaycanın şanlı Zəfəri ilə ərazilərimiz işğaldan azad olundu və regionda reallıqlar dəyişdi. Hazırda Ermənistanın Azərbaycanla normallaşma prosesi davam edir. Belə bir dövrdə Ermənistanla Türkiyə arasında diplomatik danışıqlar da yeni mərhələyə qədəm qoyub. Zəfərdən sonra birbaşa uçuşların bərpasından savayı, normallaşma yönündə digər addımlar atılmamışdı".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüş zamanı Türkiyə ilə sərhədin açılması məsələsi ilə bağlı yeni açıqlamalar verib. O bildirib ki, sərhəd infrastrukturu yaradılarkən Avropa İttifaqının dəstəyinə ümid edir. "Hazırda hava sərhədi açıqdır. Ermənistandan Türkiyəyə müntəzəm uçuşlarımız mövcuddur və ikitərəfli uçuşların sayının artacağını gözləyirik. Eyni zamanda, quru sərhədinin də açılmasını arzulayırıq. Bunun üçün Türkiyə ilə sərhəddə yeni infrastruktur qurulmasına ehtiyac var və hazırda Aİ ilə bu prosesdə mümkün dəstəyin yollarını müzakirə edirik”, – deyə Paşinyan vurğulayıb. Baş nazir həmçinin Ermənistanın Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün uyğun marşrut təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Deputat qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında dəmir yolu əlaqəsi mövcud idi, lakin sərhədlərin təxminən 30 il bağlı qalması səbəbindən hazırda işlək deyil.

Избранный
9
aznews.az

1Источники