Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Atletiko Madrid"in hücumçusu Aleksandr Sörlotdur.
Norveçli forvard pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Brügge"yə qarşı Madriddə keçirdikləri görüşdə (4:1) het-triklə yadda qalıb.
O, Yens Petter Hauqe ("Budyo-Qlimt"), Orelyen Tçuameni ("Real") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.
Toğrul