"Yuventus" qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.


35 yaşlı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.


"Yuventus"un yetirməsi olan Karlo Pinsolyo 2010-cu ildən əsas komandanın heyətində yer alır. Bu vaxtadək müxtəlif komandalara icarəyə verilən qapıçı Turin təmsilçisinin heyətində cəmi 6 matça çıxıb.