Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qusarda insanlığa sığmayan Xocalı faciəsinin 34-cü ildönümü xüsusi ehtiram və hörmətlə qeyd olunub. Soyqırımın ildönümü başlayan həftənin əvvəlindən rayonun təhsil, mədəniyyət ocaqlarında və ayrı-ayrı idarə, müəssisələrdə faciənin dəhşətləri ilə bağlı silsilə tədbirlər keçirilib.Bizim.Media xəbər verir ki, Qusar rayonunun rəsmi rayon tədbiri isə Qusar Dövlət Ləzgi Dram teatrında baş tutub.Tədbirdə Qusar rayon icra başçısı Sahir Məmmədxanov, icra aparatının məsul şəxsləri, şəhid ailələri və qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Teatrın direktoru Faiq Qardaşovun Xocalı soyqırımının ağlasığmaz olaylarından sənədli faktlarla hazırladığı "Çiçəklən Xocalı" ədəbi-bədii kompozisiya tamaşaçılara təqdim olunub. Kompoziyada Xocalı şahidləri danışıb, tamaşaçıları o qanlı illərə aparıb.
Bildirilib ki, danışan teatr, bir səhnə deyil, daşlaşmış, susmuş bir tarixdir. 34 ildir qan yaddaşımızda daşlaşan Xocalı faciəsini heç vaxt unutmadıqlarını vurğulayan Qusar sakinləri Xocalının şəhidlərimizin və Ali Baş Komandanın sayəsində azad olunduğunu xatırladıblar.Vətən Müharibəsi şəhidi Çoban Nurmətovun qardaşı Təbrik Nurmətov və anası Raziyyə Nurmətova Xocalının azad olmasından qürurla danışıblar. Saat 17.00-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.