RU

"Qardaşımın əziyyəti itmədi" - Natiq Qasımovun bacısı

Milli Qəhrəman Natiq Qasımovun bacısı qardaşının əməyinin itmədiyini bildirib.

Adalet.az xəbər verir ki, Natiq Qasımovun bacısı Kəmalə Heydərova Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Xocalı torpağına qayıtdığı zaman hisslərin ifadə etməyin mümkün olmadığını vurğulayıb:

"Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir. Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı – "Milli Qəhrəman" adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə "Milli Qəhrəman" adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz sayəsində, şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu".

Избранный
22
20
adalet.az

10Источники