RU

Gürcüstan və Türkiyə ilə iqtisadi əməkdaşlıq müzakirə olunub - FOTO

Gürcüstan
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstanda bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri və Türkiyənin ticarət naziri ilə keçirdiyi görüşlərdə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi imkanları haqqında müzakirələr aparılıb, Türkiyə ilə imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub. 1news.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömər Bolatla görüşlər keçirib. Görüşlərdə iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvili ilə görüş Azərbaycan–Gürcüstan iqtisadi tərəfdaşlığının şaxələndiyi və regional layihələr çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Gürcüstan tərəfdaşlığı ilə reallaşdırılan layihələr regionun inkişafı üçün önəm kəsb edir. Tərəflər işgüzar əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin perspektivlərini, ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə işbirliyinin gündəliyində olan prioritet məsələləri nəzərdən keçiriblər. Türkiyənin ticarət naziri Ömər Bolatla görüş vurğulanıb ki, bütün istiqamətlərdə uğurlu strateji tərəfdaşlıq həyata keçirilir. Ölkələrimizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı layihələr bölgənin mənzərəsini dəyişir. Azərbaycan-Türkiyə birliyi qardaş ölkə ilə enerji sahəsində nəhəng layihələrin həyata keçirilməsində də özünü bariz şəkildə göstərir. Türkiyə ilə iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Bununla yanaşı, qarşılıqlı ticarətin artırılması üçün böyük imkanlar var və bu yöndə hədəflərə nail olunması üçün səylərin daha da gücləndirilməsi önəmlidir. Görüş zamanı iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların davamlı artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə müzakirələr aparılıb. Müzakirələr çərçivəsində tərəflər arasında Türkiyə ilə imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.
Избранный
15
1news.az

1Источники