RU

İKZF ilə verilən kreditlərdə yanvar ayında azalma İlin növbəti dövrünü nə gözləyir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mərkəzi Bankın yaydığı məlumata görə, 2026-cı ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 17,4 milyon manat həcmində kredit verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azdır.

Bu azalmanın əsas səbəbləri nələrdir və bu tendensiya ilin qalan dövrünə təsir edə bilər?

Azalmanın səbəbləri ilə bağlı Qaynarinfo-nun sualını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu geriləmə əsasən statistik və texniki amillərlə bağlıdır və müvəqqəti xarakter daşıyır.

Ekspertin sözlərinə görə, söhbət ümumi azalmadan deyil, müəyyən dövr üzrə göstəricilərdəki fərqdən gedir:

"Bu sadəcə dövrə görə müşahidə olunan azalmadır. İl ərzində həmin faiz göstəricisi bərpa olunacaq və ötən illə müqayisədə geriləmə olmayacaq. İpoteka və Kredit Zəmanət Fondu əvvəlki qaydada kreditlərin ayrılmasını davam etdirəcək və vətəndaşların mənzil əldə etməsi üçün maliyyələşməni təmin edəcək".

Vüqar Oruc qeyd edib ki, açıqlanan rəqəmlər müəyyən dövr üzrə statistik fərqlərlə bağlıdır və ilin qalan hissəsində kreditlərin verilməsi ötən ildən az olmayacaq səviyyədə planlaşdırılır:

"İpoteka kreditlərinin həcmi ilin növbəti aylarında artaraq əvvəlki səviyyəyə çatacaq".

Günay İlqarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
qaynarinfo.az

1Источники