RU

Bir neçə dəfə həcc ziyarətinə getməyin savabı daha böyükdür?

Qurani-Kərimdə imkanı çatan şəxsin bir dəfə həcc ziyarətinə getməli olduğu buyurulub. Bütün dindarlar bu ziyarətin arzusu ilə yaşayır. Lakin hərkəsin həcc ziyarətinə getməyə imkanı çatmır. Bəzi imkanlı şəxslər isə dəfələrlə müqəddəs torpaqları ziyarət edir. Belə olanda haqlı suallar yaranır. Həcc ziyarətinə bir neçə dəfə getməyin savabı daha böyükdür? Din bu barədə nə deyir?

İlahiyyatçı Tural İrfan bu sualların cavabını N
ews365.az-a verib:

“Həccə 20 dəfə 30 dəfə gedən adamlar var. Təbii ki, belələrinin niyyəti dinin tələbini yerinə yetirmək deyil. Onları ora 20 dəfə aparan hiss şöhrətpərəstlik hissidir. Dində buyurulur ki, bəzi xeyirxah əməllər həcc ziyarətinə getməyə bərabərdir. Bu adamların məqsədi allah yolunda bir şey etmək olsaydı onlar xeyirxahlıqla məşğul olardılar. 20 dəfə həccə getməyin din adına heç bir əlavə savabı yoxdur. Bu sadəcə olaraq dar təfəkkürlü insanların etdiyi bir şeydir. Bəziləri ibadətləri: orucu, namazı, həc ziyarətini ticarətə çevirir. Bununla özlərinə şöhrət qazanmağa çalışır. Bu yolverilməzdir,  dinə xələl gətirməkdir. Onlar böyük günaha batır”.

Избранный
9
news365.az

1Источники