RU

Bu ölkədə məktəblərdə Qurani Kərim dərsləri keçiriləcək

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Seneqal hökuməti rəsmi olaraq təhsil sistemində köklü bir dəyişiklik elan edərək, "Qurani - Kərim"in tədrisini məktəblərdə tədris planına məcburi fənn kimi əlavə edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkə üzrə bütün təhsil müəssisələrini əhatə edən bu qərar, şagirdlərə məktəb mühitində dini təhsil verməyi hədəfləyir.

Rəsmi açıqlamada mədəni dəyərlərin qorunması və gənc nəsillərə ötürülməsində bu addımın əhəmiyyəti vurğulanıb.

Hökumətin qərarı Seneqalın təhsil sistemində yeni bir dövrün başlanğıcı kimi təsvir olunur.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
azxeber.com

2Источники