RU

Azərbaycan banklarının biznes kredit portfeli 16 milyard manata çatıb

Azərbaycanın kredit portfelinin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi 2026-cı ilin fevralın 1-nə  15 milyard 948,9 milyon manata çatıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyard 239 milyon manat və ya 8,4% artım deməkdir.

Portfelin qısamüddətli dinamikası isə fərqlidir. Belə ki, ilin əvvəlindən (ötən ilin sonu ilə müqayisədə) biznes kreditləri 157,4 milyon manat (1%) azalıb.

Müqayisə üçün qeyd edək ki, biznes kreditləri portfeli 2025-ci ilin sonunda 16 milyard 106,3 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 14 milyard 709,9 milyon manat təşkil edirdi.


Избранный
11
fed.az

1Источники