Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Qarabağ" mübarizəni dayandırdığı UEFA Çempionlar Liqasında bir sıra statistik göstəricilərdə liderlər sırasındadır.
Teleqraf-ın araşdırmasına görə, Ağdam təmsilçisinin hücum effektivliyi Avropanın nəhəngləri ilə bir sırada yer alıb.
Keçirilən 10 oyunda gözlənilən qol göstəricisini (10.92 xG) üstələyərək 16 qol vuran Azərbaycan çempionu, 5.08-lik müsbət fərqlə "Goals vs xG" siyahısında "Barselona" və "Sportinq"dən sonra 3-cü pillədə qərarlaşıb.
"Köhlən atlar" topa sahib olma və ötürmə dinamikasında göstəricisi üzrə 18.6% ilə "Napoli" (18.1%) və "Bavariya" (18.0%) kimi klubları qabaqlayaraq siyahıda birinci olub. Bu rəqəm komandanın oyun qurarkən təzyiqdən çıxmaq və topa nəzarəti qorumaq üçün arxa xətt oyunçularından daha aktiv istifadə etdiyini göstərir.
Statistik göstəricilər "Qarabağ"ın builki mövsümdə ciddi müdafiə problemləri yaşadığını üzə çıxarıb.
10 oyun ərzində komandanın qapısına ümumilikdə 187 zərbə endirib və bunların 127-si (67.91%) birbaşa cərimə meydançasının daxilindən vurulub. Bu qədər ağır təzyiq nəticəsində "Qarabağ" turnir boyu qapısında 30 qol görərək yarışın ən çox qol buraxan komandası olub və bu göstərici ilə Çempionlar Liqası tarixinə antirekordla düşüb. Lakin bu rəqəmlərin daha da böyük olmamasının əsas səbəbi qapıçı Mateuş Koxalskinin möhtəşəm oyunudur. Polşalı qolkiper 7.6-lıq "qarşısı alınan qollar" göstəricisi ilə turnirin bütün qapıçılarını geridə qoyaraq mütləq lider olub. O, ümumilikdə 30 "qurtarış" edib.
Müdafiə xəttində Kevin Medina da fərdi statistikada liderlər arasında yer alır. Belə ki, o, 53 top qazanma və 48 təhlükəni uzaqlaşdırma ilə Avropanın ən yaxşı göstəricisinə imza atıb. Həmçinin yarımmüdafiəçi Pedro Bikalyo 19 top kəsmə ilə turnirdə ikinci sıradadır. O, yalnız "Real Madrid"in futbolçusu Orelyen Tçuamenidən (23) geri qalır.
Bəhlul Mustafazadə isə Çempionlar Liqasının ən çox "blok" edən futbolçusudur. Onun 19 belə "blok"u var. Maraqlıdır ki, bu göstəricidə ikinci sırada da təmsilçimizin üzvü qərarlaşıb. Belə ki, Kevin Medina 16 "blok"la üçüncü olan David Luisi ("Pafos", 14 "blok") qabaqlayır.
"Qarabağ" futbolçuları rəqiblər tərəfindən 138 dəfə fola məruz qalaraq bu sahədə də turnirin lideri olublar. Ağdam klubu həmçinin ən az qayda pozan kollektivdir - cəmi 58 dəfə.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.