UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Nottingem Forest"ə 0:3 hesabı uduzan "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko bu gecə baş tutacaq cavab qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis mətbuat konfransında belə danışıb:
"Hələ heç nə bitməyib. İngiltərəyə möcüzə yaratmaq arzusu ilə yollanırıq. Zədəlilərlə bağlı vəziyyət pisdir, amma mənim işim vəziyyətdən çıxış yolu tapmaqdır. Təzyiqi və gərginliyin öhdəsindən gəlirəm. Bunun futbolçularıma pis təsir etməsini istəmirəm. Komandama çox inanıram. Hamı bütün gücü ilə çalışacaq".
"Nottingem Forest" - "Fənərbağça" matçının start fiti 00:00-da səsləndiriləcək.
Toğrul