RU

Şirkətlərin bank depozitləri azaldı

2025-ci ilin fevral ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 805.3 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 3,7% və ya 1 milyard 416.6 milyon manat azalıb.

Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi və fiziki şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 6,4% və ya 1 milyard 398.6 milyon manat azalaraq 20 milyard 499.8 milyon manat, fiziki şəxslərin depozitləri isə 0,11% və ya 18 milyon manat azalaraq 16 milyard 305.5 milyon manat təşkil edib.

Избранный
2
4
bakivaxti.az

5Источники