RU

Milli Məclis Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq komitələrinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.

Yenicag.az xəbər verir ki, müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.

Избранный
7
yenicag.az

1Источники