RU

Berlin Pekinə: “Rusiyaya təsir göstərin”

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, “Associated Press (AP)” agentliyi belə məlumat yayıb. Almaniya kansleri fevralın 25-də Çinin sədri Si Cinpinlə danışıqlar aparıb. Pekinə yola düşməzdən əvvəl, fevralın 24-də isə Fridrix Merts vurğulayıb ki, Avropa ilə Çin arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, “bu gün Pekinin iştirakı olmadan əsas qlobal siyasi məsələləri həll etmək mümkün deyil”. Görüşdən sonra Almaniya kansleri jurnalistlərə bildirib ki, Si Cinpindən Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Çinin təsir göstərməsini xahiş edib. Buna cavab olaraq Si Cinpin Çin münaqişənin siyasi yolla həllini dəstəklədiyini diqqətə çatdırıb. Lakin siyasi həll variantı “bütün tərəflərin qanuni maraqlarını nəzərə almalı” və “bütün tərəflərin bərabər iştirakı” təmin olunmalıdır. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
azvision.az

2Источники