RU

Fransanın 4-cü “Barrakuda” sinifli nüvə sualtı qayığı dəniz sınaqlarına başlayıb

Fransa Hərbi Dəniz Qüvvələri üçün tikilmiş dördüncü “Suffren” sinifli nüvə hücum sualtı qayığı (layihə “Barrakuda”) olan “De Grasse” dəniz sınaqlarının birinci mərhələsini başa çatdırıb.

Herbiand.az bildirir ki, sualtı qayıq 24 fevralda Şerburdakı Naval Group gəmiqayırma zavodundan yola düşüb, göyərtədəki sistemlərin sınaqları isə Normandiya sahillərində aparılıb.

Fransa Sualtı Qüvvələrinin (ALFOST) komandanı, admiral Ksavye Peti  bu yaxınlarda bildirib ki, “De Grasse” sualtı qayığı ilk üç “Suffren” sinifli sualtı qayıqla müqayisədə bir sıra təkmilləşdirmələrə malikdir.

Fransa Müdafiə Təchizatı Agentliyi (DGA) altı “Barrakuda” sinifli sualtı qayıq sifariş edib.

“Suffren” sinifli sualtı qayıqların uzunluğu 99,5 metr, diametri 8,8 metr, suya oturma qabiliyyəti 7,3 metrdir. Maksimum enmə dərinliyi 350 metrdən çoxdur. Heyət 63 nəfərdir. Gəmidə həmçinin, 15-ə qədər xüsusi əməliyyat heyəti də yerləşə bilər.

Sualtı qayıq 533 mm-lik F21 torpedaları, SM-39 “Exocet” gəmi əleyhinə raketlər və sahil infrastrukturunu məhv etmək üçün hazırlanmış “Scalp Naval” qanadlı raketlərlə silahlanıb. Bundan əlavə, sualtı qayıq qabaqcıl D-19 pilotsuz sualtı aparatı ilə təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
17
herbiand.az

1Источники