RU

Pakistanda məsciddən qaçırılan iki polis əməkdaşının cəsədi tapılıb

Bakı, 26 fevral, AZƏRTAC

Pakistanın Xayber Paxtunxva əyalətində çərşənbə axşamı naməlum silahlılar tərəfindən qaçırılan iki polis əməkdaşının cəsədi aşkar edilib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə barədə məlumatı cümə axşamı yerli polis orqanları verib. Silahlı şəxslər məscidə basqın edərək xidmətdə olan iki polis əməkdaşı da daxil olmaqla üç qardaşı qaçırıblar. Regional polis rəsmisi bildirib ki, cinayətkarların radikal silahlı qruplaşmalarla əlaqəli olduğu ehtimal edilir. Artıq bölgədə cinayətkarların saxlanılması istiqamətində genişmiqyaslı axtarış-əməliyyat tədbirlərinə start verilib. Hazırda qanlı hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

 

Избранный
12
3
azertag.az

4Источники