RU

Lukaşenko Kremlə gəlib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib.

Qaziler.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” yazır.

Qeyd edilib ki, cümə axşamı Putin və Lukaşenko Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcəklər.

Lukaşenkonun mətbuat xidməti qeyd edib ki, gündəliyə ikitərəfli inteqrasiya əməkdaşlığı ilə bağlı yeddi məsələ daxildir. Xüsusilə, müzakirələr sərhədyanı sərnişin daşımalarının təşkili və Standartlaşdırma və Keyfiyyət üzrə Birlik Dövlət Komitəsinin yaradılması məsələlərinə yönələcək.

QAZİLER.AZ

Избранный
7
qaziler.az

1Источники