RU

Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb

31 yanvar 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 498 olub. 2026-c; ilin Yanvar ayında bank sektorunda çalışanların sayı 154 nəfər və ya 0,6% azalaraq 27 min 235 nəfərə düşüb.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten-2026" hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki 31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 486 olmuşdu. Dekabr ayında bank sektorunda çalışanların sayı 1.4% və ya 369 nəfər artaraq 27 min 389 nəfərə çatmışdı.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Избранный
16
1
marja.az

2Источники