RU

Türk izlərinin Avrupa haritası Türkiyədə nəşr olundu

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə professor Çingiz Abdullayevin müəllifi olduğu "Türk izlərinin Avrupa haritası" adlı kitab işıq üzü görüb.

Oxu.Az xəbər verir ki, nəşr Bakı Birinci Türkoloji Qurultayının 100 illiyinə ithaf olunmuş elmi əsərdir və Avropanın müxtəlif ölkələrində türk varlığının coğrafi izlərini geniş şəkildə araşdırır. Əsərdə Avropadakı türk mədəniyyətinin izləri, keçmişdən bu günə qədərki dövr əhatə olunur.

Müəllif vurğulayır ki, türklər Avropanın müxtəlif ölkələrində yaşamalarına baxmayaraq, dillərini, dinlərini, ənənələrini və milli kimliklərini qoruyub-saxlamış, zəngin mədəni irslərini bu coğrafiyada yaşatmağa davam etmişlər. Kitab oxucuları Avropada türk mədəniyyət tarixinin izlərini yaxından tanımağa dəvət edir.

Nəşrə xüsusi elmi dəyər qazandıran mühüm məqamlardan biri də kitaba ön söz yazan iki nüfuzlu alimdir. Əsərin ön söz müəllifləri Türkiyənin tanınmış tarixçisi professor İlber Ortaylı və Finlandiyanın görkəmli alimi professor Yuha A.Yanhunendir. Onların qiymətləndirmələri kitabın beynəlxalq elmi əhəmiyyətini daha da artırır.

"Türk izlərinin Avrupa haritası" yalnız tarixi araşdırma deyil, həm də mədəni kimlik, yaddaş və coğrafiya arasında əlaqəni göstərən bir əsər kimi diqqət çəkir. Kitab Avropadakı türk izlərinin sistemli şəkildə xəritələşdirilməsi baxımından mühüm elmi mənbə hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
oxu.az

1Источники