ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Artıq Çin avtomobilləri dünyanın əksər ölkələrində avtomobil parklarının vacib hissəsinə çevrilir. Bu gün Avropada satılan hər 10 təzə maşından biri Çində istehsal edilib. Lakin maşınlar artdıqca şübhələr də artır.
Avtosfer.az xəbər verir ki, Çin istehsalı olan avtomobillərin, xüsusən də elektromobillərin məlumat toplaya biləcəyinə dair şübhələr daim artır. Almaniya Kəşfiyyat Xidməti BFV bildidir ki, Çin avtomobilləri təkcə hərəkət etməklə kifayətlənmir, şəhərin ümumi mənzərəsini tam məxfi şəkildə toplayır.
Müasir elektromobillər bir növ təkər üstə quraşdırılmış smartfona bənzəyir: kameralar, mikrofonlar, lidar, çiplər və nəhayət süni intellekt. Qərb kəşfiyyatı hesab edir ki, bu təchizat həssas infrastrukturla bağlı məlumat toplamaq üçün kifayətdir.
Şübhə üçün əsas da var. 2022-ci ildə “Nexperia” şirkəti ilə Niderlandda baş vermiş qalmaqal hələ unudulmayıb. Həmin dövrdə Çindən idxal edilmiş bəzi Günəş panellərinin inventorlarında dinləmə modulları aşkar olunmuşdu. Halbuki, rəsmi sənədlərdə və çertyojlarda bu barədə heç bir məlumat yox idi. Ekspertlər bu oyunun elektromobillərdə təkrarlanmasının daha asan olduğu qənaətindədirlər.
Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.