2026-cı ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirləri 356,3 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,4 milyon manat və ya 20,8% artım deməkdir. Kreditlərdən gəlirlər bankların cəmi faiz gəlirlərinin böyük hissəsini (təxminən 80%) təşkil edir.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayında) bankların kreditlər üzrə faiz gəlirləri 294,9 milyon manat təşkil edirdi.