RU

ABŞ-dən İranla bağlı iddia: İlk hücumu İsrail etsin…

ABŞ Prezidenti Donald Trampın müşavirlərinin, İranla qarşıdurmada ilkin hücumu İsrailin etməsini daha az siyasi riskli hesab etdiyi iddia olunub.

Ölkə.az xəbər verir ki, ABŞ və İran arasında nüvə danışıqları davam edərkən, ABŞ mərkəzli "Politico" xəbər saytından maraqlı bir məlumat yayılıb.

Saytın adını gizli saxladığı iki hökumət mənbəsinə görə, Trampın müşavirləri İran üzərinə ilk hücumu İsrailin həyata keçirməsinin ABŞ üçün daha sərfəli olacağını düşünüblər.

Mənbələr bildiriblər ki, İrandan qisas almağa səbəb olacaq İsrail hücumunun məntiqli hesab edildiyi və ABŞ ictimaiyyətində mümkün Amerika hərbi əməliyyatı üçün dəstək qazanmağa kömək edəcəyi bildirilib.

Bir mənbə açıqlayıb: "İdarəetmə və ətrafında, İsrailin əvvəl tək başına hərəkət etməsi və İranın buna cavab olaraq bizim üzərimizə hücum etməsi, siyasi baxımdan çox daha məntiqlidir"

Hər iki mənbənin ABŞ-İsrail arasında İrana qarşı birgə əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirən hesabatda Trampa ən yaxın olanların İrana hücumu mütləq hesab etdikləri göstərilir.

Həmidə İbrahimova

Избранный
2
olke.az

1Источники