RU

İranın bu məhsulu Azərbaycan bazarını tutub: Kütləvi şəkildə alınır

Ötən ilin dekabr ayının statistikasına görə, Azərbaycana 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub, ölkədən isə 26 milyon 322.88 min dollar dəyərində 3 779.17 ton məhsul ixrac edilib. İxracın əsas hissəsi Rusiyaya (23 milyon 998.76 min dollar, 3 437 ton) yönəlib. İdxalda lider mövqedə isə İran dayanır. Bu ölkədən 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb.

Ekspertlər İran məhsullarının idxalda üstün mövqeyə çıxmasının səbəbləri, qiymət fərqləri və keyfiyyət məsələləri ilə bağlı müxtəlif yanaşmaların olduğunu bildirirlər.

Mövzu ilə bağlı Publika.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov hesab edir ki, İrandan idxal olunan kərə yağlarının daxili bazarda daha ucuz təklif edilməsinin bir neçə iqtisadi səbəbi var:

"Əsas amillərdən biri valyuta məzənnəsidir. İran realının zəif olması ixrac məhsullarını xarici bazarlar üçün daha əlçatan edir və bu da qiymət üstünlüyü yaradır. Eyni zamanda, İranda süd və süd məhsulları sektoruna tətbiq olunan dövlət subsidiyaları istehsalın maya dəyərini azaldır. İran və Azərbaycanın sərhəd ölkələr olması isə logistika xərclərini aşağı salaraq son qiymətə müsbət təsir göstərir".

Избранный
4
1
publika.az

2Источники