RU

Səhiyyədə islahat: Bütün sistemini əhatə etməlidir

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

"Əslində, TƏBİB adlı bir qurum ləğv edilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Səhiyyə Nazirliyində aparılan islahatlardan danışarkən deyib. 

O bildirib ki, həyata keçirilən dəyişikliklər yalnız nazirliklə məhdudlaşmamalı, bütün səhiyyə sistemini əhatə etməlidir:

"Səhiyyə Nazirliyində islahatlar aparılması müsbət haldır. Amma bu islahatlar bütövlükdə səhiyyə sistemində həyata keçirilməlidir. Səhiyyə sistemli  bir forma almalıdır. Münasibətlər sistemi tam şəkildə formalaşdırılmalıdır".

Adil Qeybulla əlavə edib ki, səhiyyə sahəsində bütün münasibətlər dünya standartlarına uyğun qurulmalıdır:

"Yalnız bundan sonra normal səhiyyə sistemindən danışmaq mümkün olacaq".

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev mətbuat konfransında hazırda nazirlikdə islahatların aparıldığını bildirib. 

Nazirə TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilib-birləşdirilməyəcəyi ilə bağlı sual ünvanlansa da, o, bu məsələyə belə münasibət bildirib: "Bu suallara TƏBİB-in Müşahidə Şurası cavab verə bilər”. 

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
qaynarinfo.az

1Источники